Flora Kərimova: Amaliya yel olub Şəfiqənin yanından ötə bilməz » AzNews.info -Xəbər portalı

Flora Kərimova: Amaliya yel olub Şəfiqənin yanından ötə bilməz

Flora Kərimova: Amaliya yel olub Şəfiqənin yanından ötə bilməz

Azərbaycanda qadın aktrisalar arasında rəqabət hər zaman güclü olub.

İstər müstəqillik illərində, istərsə də ondan əvvəlki illərdə bu rəqabət davam edib. Bu gün də rəqabət gənclər arasında davam edir.

Azərbaycanın dram janrında ən güclü qadın aktrisasının kim olduğu hər zaman müzakirə mövzusu olub. Bu il də ən güclü aktrisanın kimliyi sorğu olaraq araşdırılır. Sorğuda ölkənin sayılmış seçilmiş ziyalıları, sənət adamları iştirak ediblər. Sorğunun nəticələri yaxın günlərdə açıqlanacaq.

Bu mövzu ilə bağlı araşdırma edərkən xalq artisti Flora Kərimovanın da məsələyə münasibətinə diqqət çəkib, öyrəndik. Mövzu ilə bağlı münasibətini bildirən F.Kərimova rəqabətin əsasən Şəfiqə Məmmədova ilə Amaliya Pənahova arasında gedəcəyini bildirərək, səsini də Şəfiqə Məmmədovaya verib.

Daha sonra o, Amaliya Pənahovanın heç vaxt Şəfiqə Məmmədovaya çata bilməyəcəyini bildirib: “Bilirsiz madam bu mövzu ilə bağlı araşdırma aparırsınız, mən sizə deyim ki, Şəfiqə xanımda olan qürur, səhnə duruşu, obraza girmə heç vaxt Amaliya Pənahovada ola bilməz.

Ömründə Amaliya Pənahova özünü Şəfiqə Məmmədova ilə müqayisə eləməsin. Amaliya yel olub Şəfiqənin yanından ötə bilməz. Şəfiqə Məmmədova, eyni zamanda, daha çətin rolların öhdəsindən gəlib.

Mən onların heç birini yaxından tanımıram, amma baxdığım izlədiklərimə və gördüklərimə əsasən, bu, mənim fikirlərimdi. Bu, bir daha onu sübut edir ki, dram janrında ən layiqli, ən güclü qadın aktrisa Şəfiqə Məmmədovadır”.

Flora Kərimovanın Amalya xanım haqqında söylədikləri yəqin ki, xeyli müddət müzakirə olunacaq. Bəs görən Amaliya Pənahova Flora Kərimovanın onun barəsində söylədiyi fikrə reaksiyası necə olacaq? A.Pənahova F.Kərimovadan belə bir kəskin açıqlama gözləyə bilərdimi?

Yeri gəlmişkən xatırladaq ki, bu günlərdə “Nömrə-1” mükafatlandırma mәrasimindә hər iki sənətçi yanaşı duraraq bir-birini salamlayıb və tədbirdə iştirak etmişdilər. Mərasimdə bir-biri ilə xoş ünsiyyətdə olan hər iki xalq artistinin birgə fotoları da mətbuat səhifələrində yer almışdı.

Xalq artisti Amalya Pənahova ilə əlaqə yaradıb, Flora Kərimovanın ismarıcına münasibət öyrənməyə çalışdıq. Mətbuata demək olar qapalı mövqe tutan Amalya Pənahova bu dəfə də ənənəsini pozmadı desək, səhv etmərik.

Belə ki, əvvəlcə telefonda bizimlə normal tərzdə danışan Amalya Pənahova “Flora Kərimova sizin ünvanınıza belə bir mesaj göndərib. Sizin mövqeyiniz maraqlıdır” sualını çılğın, emosional tərzdə cavablayaraq “Mən mətbuatın suallarını cavablandıran deyiləm. Ara vurmağa çalışıb qalmaqal yaratmaq mətbuatın köhnə peşəsidir.

Flora Kərimova mənim barəmdə yaxşı sözlərdən başqa nə danışa bilər ki? Bir də ki, o, kimdir ki, mənim sənətim barədə söz desin. Flora yalnız məni tərifləyə bilər” - söylədi.

Aktrisaya çatdırmağa çalışdıq ki, əslində heç də ünvanınıza xoş fikirlər səslənməyib. Aktrisa Flora Kərimovanın onun barəsində söylədiyini eşidən kimi “Mən bu sualınıza cavab verən deyiləm” deyərək telefonu üzümüzə bağladı.

Görünür, Amalya Pənahova ünvanına səslənən tənqidi qəbul edə bilmədi. Elə o üzdən də yenə mətbuata hörmətsizliyini nümayiş etdirməyə çalışdı.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *