Vida mərasimində Elçin Əfəndiyevlə Flora Kərimovanın söz atışması » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin, Video

Vida mərasimində Elçin Əfəndiyevlə Flora Kərimovanın söz atışması – VİDEO

Vida mərasimində Elçin Əfəndiyevlə Flora Kərimovanın söz atışması


Xalq yazıçısı Elçin Əfəndiyevlə xalq artisti Flora Kərimova arasında anlaşılmazlıq yaranıb.

AzNews.info Qafqazinfo-ya istinadən xəbər verir ki, xalq artisti Amaliya Pənahovanın vida mərasiminə gec qatılan F. Kərimova yazıçının yanında əyləşib.

Bu zaman E. Əfəndiyev arxasını müğənniyə çevirib. Bu isə sənətkarın xoşuna gəlməyib və dramaturqa etirazını bildirib.

Yazar yanında əyləşən Hicran Hüseynovadan söz soruşduğu üçün belə addım atdığını bildirib. Flora Kərimova isə bununla razılaşmayıb, hörmətsizlik etdiyini qeyd edərək o da arxasını Əfəndiyeva çevirib.
Xalq yazıçısı isə sənətçinin yanında əyləşən digər xalq artisti, aktrisa Şəfiqə Məmmədovaya anlaşılmazlıq barədə danışıb: “Şəfiqə xanım, buna başa salın ki, mən elə insan deyiləm ki, arxamı çevirəm”.

F. Kərimova da “Özünüzü yaxşı aparın. Başa düşmədim, Şəfiqə xanıma niyə deyirsiz, sizə kömək lazımdı? Məni başa salmaq lazım deyil, mən sizi başa saldım” deyərək məsələyə nöqtə qoyub.


Mənbə: Qafqazinfo.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *