Amaliya Pənahovanın son vəsiyyəti – VİDEO
Xəbər verdiyimiz kimi, Xalq artisti Amaliya Pənahovanın Akademik Milli Dram Teatrında keçirilən vida mərasimi başa çatıb və o, dəfn olunub.
Publika.az xəbər verir ki, tədbirin sonunda mərhum sənətkarın oğlu İlqar Muxtarov səhnəyə çıxaraq Xalq artisti ilə vidalaşmağa gələn hər kəsə, həmçinin ailəsinin adından Prezidenti İlham Əliyevə və birinci-viste prezident Mehriban Əliyevaya təşəkkür edib.
Daha sonra isə o, Amaliya xanımın arzularını dilə gətirib.
“Əminəm ki, Bələdiyyə Teatrı gələcəkdə də öz tamaşaları ilə teatrsevərləri sevindirməyə davam edəcək və anamın adını yaşadacaq”.
Noyabrın 8-də xərçəng xəstəliyindən vəfat edən Xalq artisti Amaliya Pənahova “Qurd qapısı” qəbiristanlığında dəfn edilib. 73 yaşlı mərhum aktrisa vəsiyyətinə uyğun olaraq həyat yoldaşı Yusif Muxtarovun yanında torpağa tapşırılıb.
Mənbə:> Publika.az