Amaliya Pənahovanın ölüm xəbərinə SƏRT REAKSİYA: O qədər həyasız, şərəfsiz...
Aktyor Əjdər Zeynalovun xalq artisti Amaliya Pənahovanın ölüm xəbərinə reaksiyası çoxlarınızı təəccübləndirəcək.
Milli.Az xəbər verir ki, gecə saatlarında uzun müddətdən bəri əziyyət çəkdiyi xərçəng xəstəliyindən vəfat edən mərhum aktrisanın ölümünə kədərini gizlətməyən Ə. Zeynalovun qeyd etdikləri bununla kifayətlənməyib:
"Çox bəd xəbər oldu. Çox üzüldüm. Kaş yalan olaydı... O qədər alçax, şərəfsiz, ləyaqətsiz, mənəviyyatsız, namusunu-qeyrətini itirmiş, mədəniyyətimizə, kino-teatrımıza, sənəti, sənətkarları kəsən-biçən, insanlığı məhv edən, padoş sifət, sürtülmüş, həyasız, psixi durumu yerində olmayan insan qalıb... Başına ləçək örtüb yaşayır, ölmür. Amma Allahım, Amaliya Pənahova kimi bir sənətkarı apardın. Heyif... Allah rəhmət eləsin. Məkanı cənnət olsun".
Mənbə:> Milli.az