Səbuhi Xanlarovun həyat yoldaşının ölüm xəbəri yalan çıxdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin, Foto

Səbuhi Xanlarovun həyat yoldaşının ölüm xəbəri yalan çıxdı – FOTO (YENİLƏNİB)

Səbuhi Xanlarovun həyat yoldaşının ölüm xəbəri yalan çıxdı


Bu gün primetime.az saytı ilə əlaqə saxlayaraq həyat yoldaşının uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etdiyini deyən aktyor Səbuhi Xanlarovun yalanı üzə çıxıb.

Oxu.Az-ın məlumatına görə, aktyorun bacısı Vəfa Xanlarova məlumatın doğru olmadığını bildirib. O deyib ki, qardaşının hansı səbəbdən belə addım atdığını anlaya bilmir: “Onun yoldaşı sağdır. Düzdür, xəstədir. Amma indi öz evində, övladlarının yanındadır. Ayıbdır. Onlar ailəlidirlər. Çox xahiş edirəm, bu xəbəri silin. Yalan məlumatdır. Yazıq anamın ürəyi gedib, atamın vəziyyəti pisdir. Hamiləyəm, xəbəri oxuyandan özümə gələ bilmirəm. Bilmirəm, o, niyə belə eləyir. Yəqin ki, reklam axtarır. Amma belə reklam olmaz”.

Qeyd edək ki, bacısının zəngindən sonra Səbuhi Xanlarovla dəfələrlə əlaqə saxlamağa çalışdıq. Lakin o sualımızı eşitdikdən sonra telefonun dəstəyini asdı. Onu da əlavə edək ki, hər iki tərəfə aid səs yazısı mövcuddur və lazım gələrsə, yayımlamağa hazırıq.

12:07

“Maşın” şounun qalmaqallı iştirakçısı, aktyor Səbuhi Xanlarova ağır itki üz verib.

AzNews.info PrimeTime.Az-a istinadla xəbər verir ki, aktyorun həyat yoldaşı vəfat edib.

S.Xanlarov bildirib ki, xanımı uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib: “Çox pisəm. İki övladım anasız qaldı”.

Allah rəhmət eləsin!

Səbuhi Xanlarovun həyat yoldaşının ölüm xəbəri yalan çıxdı
Səbuhi Xanlarovun həyat yoldaşının ölüm xəbəri yalan çıxdı
Səbuhi Xanlarovun həyat yoldaşının ölüm xəbəri yalan çıxdı
Səbuhi Xanlarovun həyat yoldaşının ölüm xəbəri yalan çıxdı

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *