Bakıda avtomobil qəza törətdi » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto, Video

Bakıda avtomobil qəza törətdi – VİDEO

Bakıda avtomobil qəza törətdi


Bu gün saat 15.00 radələrində Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, yüksək sürətlə hərəkət edən 10 MR 245 dövlət nömrə nişanlı “Tofaş” markalı minik avtomobili Əhməd Rəcəbli küçəsi ilə Fətəli Xan Xoyski küçəsinin kəsişməsində işıqforun qırmızı işığına məhəl qoymayaraq 90 GA 360 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilə çırpılıb.

“Mercedes” markalı avtomobil isə zərbədən ağaca çırpılıb.

Hadisə şahidinin sözlərinə görə, avtomobildə azyaşlı uşaq da olub.

Qəza nəticəsində ölən olmasa da, yüngül bədən xəsarətləri alanlar var.

Hadisə ilə bağlı araşdırma aparılır.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *