Bakıda işıqforun qırmızı işığında keçən taksi qəza törətdi, xəsarət alanlar var » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Video

Bakıda işıqforun qırmızı işığında keçən taksi qəza törətdi, xəsarət alanlar var – VİDEO + FOTO

Bakıda işıqforun qırmızı işığında keçən taksi qəza törətdi, xəsarət alanlar var

Nəsimi rayonunda iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Füzuli küçəsində baş verib.

Belə ki, Büllbül prospekti ilə hərəkətdə olan, taksi fəaliyyəti göstərən 90-XL-035 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığından keçib. Bu zaman "Mercedes"in sürücüsü idarəetməni itirərək Füzuli küçəsində yolu işıqforun yaşıl işığında keçən "Vaz 2107"yə çırpılıb.

"Vaz 2107"nin içərisində olan ailənin üç üzvü yüngül bədən xəsarətləri alıb.

Hər üç şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.



Bakıda işıqforun qırmızı işığında keçən taksi qəza törətdi, xəsarət alanlar var
Bakıda işıqforun qırmızı işığında keçən taksi qəza törətdi, xəsarət alanlar var
Bakıda işıqforun qırmızı işığında keçən taksi qəza törətdi, xəsarət alanlar var
Bakıda işıqforun qırmızı işığında keçən taksi qəza törətdi, xəsarət alanlar var

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *