DYP-dən vətəndaşı təqib edən zaman toqquşan yol polisi ilə bağlı AÇIQLAMA – VİDEO
Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Dövlət Yol Polisinə məxsus 99-YP-851 dövlət nömrə nişanlı patrul maşını qəzaya düşüb. Azxeber.com xəbər verib ki, DYP avtomobil ilə "Mercedes" markalı avtomobil toqquşub. Hadisə nəticəsində DYP avtomobilinə küllü miqdarda zərər dəyib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb DYP avtomobilinin sürət həddini aşaraq "Mercedes" markalı avtomobili qovması olub. Nəticədə "Mercedes" markalı avtomobil idaərəetməni itirərək DYP avtomobilinə çırpılıb.
Lakin Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirildi ki, yol polisi həmin vaxt heç kimi təqib etməyib. Bakı-Ələt-Astara yolunun 26-cı km-də "VAZ" və "Mercedes" markalı avtomobillər toqquşub. Bu zaman hadisə yerinə Qaradağ postunun 99 YP 851 nömrə nişanlı patrul maşınında xidmət aparan inspektorları yaxınlaşıb. Onlar avtomobili qəza yerində saxlayaraq başqa maşınların kənardan keçməsini təmin etmək üçün sayrışan işıqları yandırıblar və qəzaya düşən sürücülərə kömək ediblər. Bu zaman arxadan sürətlə hərəkət edən "Reno" markalı avtomobil DYP maşınına dəyərək qəza törədib. Qəza zamanı ağır xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
09:46
Bakı-Ələt yolunda yol-nəqliyyat hadisəsi baş verib.
AzNews.info azxeber.com-a istinadən xəbər verir ki, Dövlət Yol Polisinə (DYP) məxsus 99-YP-851 dövlət nömrə nişanlı xidməti avtomobillə “Mercedes” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində DYP avtomobilinə küllü miqdarda zərər dəyib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb DYP avtomobilinin sürət həddini aşaraq “Mercedes” markalı avtomobili qovması olub.
Nəticədə “Mercedes” markalı avtomobil idarəetməni itirərək DYP avtomobilinə çırpılıb. Hadisə nəticəsində hər iki sürücü müxtəlif növ bədən xəsarətləri alıb.
Mənbə:> Azxeber.com