Salyanda yaralını xəstəxanaya aparan maşın qəzaya düşdü: Üç ölü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Salyanda yaralını xəstəxanaya aparan maşın qəzaya düşdü: Üç ölü

Salyanda yaralını xəstəxanaya aparan maşın qəzaya düşdü: Üç ölü

Salyan rayonunda üç nəfərin ölümü ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.

Report-un xəbərinə görə, hadisə rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə hərəkətdə olan “VAZ-2107” markalı, 50-CC-042 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə “Ford” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində “VAZ-2107”nin sürücüsü, rayonun Həsənli kənd sakini, 1984-cü il təvəllüdlü Vəliyev Samil Ələşrəf oğlu ölüb, maşında olan sərnişin, rayonun Qardili kənd sakini 1958-ci il təvəllüdlü Şikarov İbad Bayramoğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralanan şəxsi xəstəxanaya aparan “Mercedes” markalı avtomobil rayonun Tale Davudzadə küçəsində (köhnə bazar) işıq dirəyinə çırpılıb, hadisə nəticəsində sürücü ölüb.

Yaralı isə başqa maşınla Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin xəstəxanaya çatarkən onun da öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *