Cəlilabadda qəza: 2 nəfər ölüb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Cəlilabadda qəza: 2 nəfər ölüb

Cəlilabadda qəza: 2 nəfər ölüb

Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Dövlətalıbəyli kəndində qeydə alınıb.

Cəlilabadın Tahirli kənd sakini Telman Ağayevin idarə etdiyi “Lada Kalina” markalı avtomobil hərəkətdə olarkən rayonun Kövüzbulaq kənd sakini Həbulla İbrahimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

Güclü zərbə nəticəsində hər iki avtomobilin sürücüsü aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Bundan əlavə avtomobildəki sərnişinlərdən Xatirə İbrahimova və onun azyaşlı oğlu Feyruz İbrahimov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Burada yaralılara müvafiq tibbi yardım göstərilib, lakin vəziyyətləri ağırlaşdığından Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *