Azərbaycanda bu gün toyu olacaq gənc qəzada öldü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Azərbaycanda bu gün toyu olacaq gənc qəzada öldü – YENİLƏNİB

Azərbaycanda bu gün toyu olacaq gənc qəzada öldü

Astarada ağır yol qəzası baş verib: Ölən və yaralanan var

Astara rayonunda bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Report xəbər verir ki, hadisə Astara şəhəri ərazisində qeydə alınıb.

Belə ki, “BMW” markalı, 90 OE 855 dövlət nömrə nişanlı minik avtomobili “VAZ-2107” markalı, 07 BE 113 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Nəticədə “VAZ-2107” markalı avtomobilin sürücüsü Məmmədzadə Nicat Fizuli oğlu ölüb, “BMW” avtomobildəki sərnişinlərdən biri Məmmədzadə Samir Nizami oğlu ağır xəsarət alıb.

Qeyd edək ki, qəza zamanı toqquşan avtomobillərin sürücüsü əmioğludurlar. Bununla yanaşı, qəzada ölmüş “VAZ-2107” markalı avtomobilin sürücüsünün bu gün toyu olacaqdı.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

22:50

Astarada ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Oxu.Az xəbər verir ki, hadisə dekabrın 16-da saat 20.30 radələrində Astara şəhəri ərazisində qeydə alınıb.

Sürücülərinin kimliyi hələlik məlum olmayan “BMW” markalı, 90 OE 855 dövlət nömrə nişanlı minik avtomobili “VAZ-2107” markalı, 07 BE 113 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Güclü zərbədən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, həmçinin onların bir sərnişini aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, daha bir nəfəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *