Rusiyada Azərbaycan vətəndaşını güllələdilər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Rusiyada Azərbaycan vətəndaşını güllələdilər

Rusiyada Azərbaycan vətəndaşını güllələdilər

Rusiyada Azərbaycan vətəndaşına odlu silahdan atəş açıblar.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə Lipetsk şəhərinin Papin küçəsində baş verib.

Şəhərin Mərkəzi bazarında hücuma məruz qalan və qarpız satmaqla məşğul olan 38 yaşlı həmyerlimiz xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. O, qarın nahiyəsindən çoxsaylı güllə yaraları alıb. Əməliyyat zamanı həkimlər yaralının bədənindən yalnız bir gülləni çıxarıblar, çünki o, çoxlu qan itirdiyindən ağır vəziyyətdə olub.

Həkimlər bildiriblər ki, həmyerlimiz bütün güllə yaralarını qarın nahiyəsindən alıb.

Faktla bağlı cinayət işi açılıb.

Atəş açan şəxs hələlik saxlanılmayıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *