Rusiyada 28 yaşlı azərbaycanlı qaçırılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Rusiyada 28 yaşlı azərbaycanlı qaçırılıb

Rusiyada 28 yaşlı azərbaycanlı qaçırılıb


Rusiyanın Sankt-Peterburq şəhərində 28 yaşlı azərbaycanlı qaçırılıb.

AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, insident dekabrın 22-də baş verib.

Rusiyanın şimal paytaxtına avtomobil almaq üçün gedən azərbaycanlı Tipanov küçəsində yerləşən “Piter” kompleksinə yollanıb. Burada onu üç naməlum şəxs güc tətbiq edərək qara rəngdə olan "Porsche Cayenne" markalı avtomobillə qaçırıb. Avtomobil salonunda azərbaycanlını döyüblər, ardınca 3 milyon rubl tələb ediblər.

Bir müddət sonra həmyerlimiz qaçmağı bacarıb. Qaçan zaman o üz və boyun nahiyəsindən bıçaq xəsarətləri alıb.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.

Yerli hüquq-mühafizə orqanları insidenti törətməkdə şübhəli bilinən şəxsləri axtarır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *