Rusiyada 2 yaşlı qızı öldürməkdə şübhəli bilinən azərbaycanlı qadın tutulub
Rusiyanın İvanova şəhərində 2 yaşlı Yananı oğurlayaraq öldürməkdə təqsirli bilinən Azərbaycan əsilli qadın tutulub.
Oxu.Az “ivday.ru”ya istinadən xəbər verir ki, onun 24 yaşı var. O, əslən azərbaycanlıdır. O, özünü təqsirkar hesab etmir.
“Mən heç nə etməmişəm, heç bir cinayət törətməmişəm”, - saxlanılan şəxs deyib.
Şirəliyeva evdə olduğunu, saxlandığı halda isə sadəcə 15 dəqiqəlik mağazaya çıxdığını bildirib.
Müşahidə kameralarına onun geyimində olan birinin düşdüyünü dedikdə isə saxlanılan şəxs “O geyim tək məndə deyil, başqasında da ola bilər” cavabını verib.
Jurnalistlərin ölən uşağın valideynlərinə nə deyə biləcəyinə dair sualına isə o, “Bu, çox pisdir. Mənim də uşaqlarım var” deyib.
İstintaqın versiyasına görə, G.Şirəliyeva həyat yoldaşının nikahdankənar övladı olan 2 yaşlı Yananı oğurlayıb və qəddarcasına öldürüb.
Mənbə:> Oxu.Az