Bakıda restoranda adam güllələdilər » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Foto

Bakıda restoranda adam güllələdilər – FOTO

Bakıda restoranda adam güllələdilər


Bakıda güllələnmə hadisəsi baş verib.

AzNews.info APA-nın məlumatına görə, hadisə Səbail rayonu Badamdar qəsəbəsində qeydə alınıb. 2-ci yaşayış massivi, 7-ci döngədə yerləşən “Bulaq” restoranında iki naməlum şəxs arasında yaranan mübahisə sonradan kafenin qarşısında davam edib.

Hadisə zamanı mübahisə edən şəxslərdən biri digərinə odlu silahdan atəş açıb.

Hadisə yerinə təcili yardım çağırılıb və polisə məlumat verilib. Hazırda ərazidə cəlb olunan polis əməkdaşlarından APA-nın hadisə yerində olan müxbirinə verilən məlumata görə, atəş “Makarov” tipli tapançadan açılıb.

Mübahisə zamanı güllə yarası alan müştəri tanışları tərəfindən ərazidən aparılıb. Yaralının xəstəxanaya müraciət etmədiyi bildirilir.
Hadisə yerinə Səbail Rayon Prokurorluğu, Polis İdarəsi və 41-ci polis bölməsinin əməkdaşları gəliblər. Hadisə yerində istintaq tədbirləri aparılıb.

Məlumata görə, kafe ərazisindən 5 giliz aşkar edilib.

Hazırda polis əməkdaşları yaralının və hadisəni törədənin kimliyini müəyyənləşdirir.

Faktla əlaqədar cinayət işi başlanıb.

Bakıda restoranda adam güllələdilər
Bakıda restoranda adam güllələdilər

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *