Ceyran ovçuları qoruq əməkdaşlarını güllələdilər - Şirvan Milli Parkında İNSİDENT » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Ceyran ovçuları qoruq əməkdaşlarını güllələdilər - Şirvan Milli Parkında İNSİDENT

Ceyran ovçuları qoruq əməkdaşlarını güllələdilər - Şirvan Milli Parkında İNSİDENT


Salyan rayonunda baş verən silahlı insidentin təfərrüatı məlum olub.

AzNews.info report-a istinadən xəbər verir ki, hadisə martın 30-da axşam saatlarında Şirvan Milli Parkı ərazisində qeydə alınıb.

Belə ki, Hacıqabul rayon sakinləri - 30 yaşlı Elvin Tərxan oğlu İsrafilov və 35 yaşlı Rahil Heybət oğlu Ağayev ceyran ovlamaq məqsədilə qanunsuz olaraq Şirvan Milli Parkına daxil olublar. Bundan xəbər tutan parkın əməkdaşları brakonyerləri yaxalamaq istəyən zaman Rahil Ağayev əlindəki silahla qoruğun əməkdaşlarına atəş açıb. Nəticədə parkın sahə müfəttişi, Bakı şəhər sakini, 57 yaşlı İltifat Şirəli oğlu Xalıqov qarın boşluğundan ağır olmayan güllə yarası alıb. Buna baxmayaraq, hadisə yerinə gələn Salyan Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə əvvəlcə Elvin İsrafilov, sonra isə Rahil Ağayev zərərsizləşdirlib. Baxış zamanı onlardan 1 baş ceyran, 1 ədəd bıçaq, işıqlandırıcı (pojektor) maddi sübut kimi götürülərək şöbəyə gətirilib.
Hadisə yerinə gəlmiş təcili yardım stansiyasının həkimləri tərəfindən yüngül yara almış İltifat Xalıqova ilk tibbi yardım göstərilib və qarın nahiyəsindən güllənin qırması çıxarılaraq ambulator müalicəyə buraxılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *