Ölkə şokda: Məktəblərə hücumlar başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Dünya

Ölkə şokda: Məktəblərə hücumlar başladı

Ölkə şokda: Məktəblərə hücumlar başladı


Döyüşçülər Pakistanın şimali-qərbi və şimalında 12 məktəbə hücum ediblər.

AzNews.info Publika.az-a istinadən xəbər verir ki, bu haqda “Röyters” agentliyi məlumat yayıb.

Bunlardan 8-i qızların təhsil aldığı məktəblərdir. Qeyd edilir ki, döyüşçülər partlayıcı maddələrdən istifadə edir, həmçinin binaları yandırırdılar. Polis hesab edir ki, hücumlar planlaşdırılmışdı. Hücumlar nəticəsində ölənlər və ya zərərçəkənlər yoxdur.

Hücumlara görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Bununla belə, hücumların arxasında Taliban döyüşçülərinin olduğu təxmin edilir.

Qeyd edək ki, Pakistanda qız məktəblərinə hücumlar tez-tez olur. Taliban qadınların təhsil almasını dini normalara zidd hesab edir.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *