Astara sakini Xəzər Abbasov Xəzərdə batdı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Video

Astara sakini Xəzər Abbasov Xəzərdə batdı – VİDEO

Astara sakini Xəzər Abbasov Xəzərdə batdı

İyulun 2-də axşam saatlarında Astara şəhəri ərazisində dənizdə boğulma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, Nizami küçəsi, ev 168-də yaşayan Abbasov Xəzər Abbasqulu oğlu sahildə yerləşən istirahət mərkəzinin yaxınlığında dənizdə çimərkən suda batıb.

Yaxınlıqda olan dostu ona yardım edə bilməsə də, hadisə barədə ətrafdakılara məlumat verib. Axtarışlara Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin xilasediciləri qoşulub. X.Abbasovun cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yaxınlarının bildirdiyinə görə, dünən mərhumun bir övladı dünyaya gəlibmiş. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *