Dənizdə batan 15 yaşlı oğlanın meyiti tapılıb
Faktla bağlı araşdırma aparılır.
Lənkəranda bu gün günorta saatlarında Xəzər dənizinin şəhərin “Kiçik bazar” ərazisində çimərkən batan şəxsin meyiti tapılıb.
AzNews.info APA-ya İstinadən xəbər verir ki, batan şəxsin rayonun Göyşaban kənd sakini, 15 yaşlı Elmar Eldar oğlu İslamzadə olduğu məlum olub.
Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> APA