Sumqayıtda iki xalaoğlu dənizdə batdı

Sumqayıtda iki xalaoğlu dənizdə batıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata əsasən, Sumqayıt şəhərində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 800-1000 metr aralı nəzarətsiz ərazidə) 1996-cı il təvəllüdlü Elnur Etibar oğlu Həmidovun və 1997-ci il təvəllüdlü Anar Xalid oğlu Tanrıverdiyevin suda batması haqqında FHN-ə məlumat daxil olub.
E.Həmidovun və A.Tanrıverdiyevin cəsədləri "Corat" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Mənbə: Oxu.Az