Ova gedən Astara sakinin meyiti tapılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Ova gedən Astara sakinin meyiti tapılıb

Ova gedən Astara sakinin meyiti tapılıb


Astara sakini odlu silahdan açılan atəş nəticəsində ölüb.

Aznews.info-un Report-a istinadən verdiyi xəbərə görə, hadisə ötən gecə Astara rayonunun Kakalos kəndi ərazisində baş verib.

Mərhumun yaxınlarının sözlərinə görə, 57 yaşlı Rəhimov Sadir Həbib oğlu evdən ov etmək məqsədi ilə çıxıb. Gecə saatlarında evlərinə yaxın yerdə meyiti tapılıb. İlkin ehtimala görə odlu silahla ehtiyatsızlıq ölümə səbəb olub. Mərhumun cənazəsi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomoya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. İlkin müayinə zamanı mərhumun döş qəfəsinin yuxarı 1/3-də odlu silah yarası olduğu təsdiqlənib. S.Rəhimovun hansı şəraitdə güllə yarası alması və ölümün səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Astara rayon Prokururluğunda araşdırmalara başlanıb.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *