Rövşən Lənkəranskinin dostunun oğlu qəza törətdi » AzNews.info -Xəbər portalı

Rövşən Lənkəranskinin dostunun oğlu qəza törətdi – VİDEO

Rövşən Lənkəranskinin dostunun oğlu qəza törətdi


Moskvada məşhur kriminal avtoritet Tariel Onianinin oğlu Buba Yeni Arbatda yol-nəqliyyat hadisəsi törədib.

AzNews.info xəbər verir ki, ANS PRESS-in məlumatına görə, “qanuni oğru”nun oğlu idarə etdiyi "Mersedes S400" avtomobili ilə "Folksvaqen Tuareq"ə çırpılıb.

Qəza nəticəsində "Mersedes ML" və "Xende Solyaris" avtomobillərinə də ciddi ziyan dəyib.

Müşahidə kameraları düşən kadrlardan görünür ki, qəzaya səbəb kriminal avtoritetin oğlu Buba Onianinin sürət həddini aşması olub.

Zərbə o dərəcə güclü olub ki, Onianini yolun əks tərəfində yerləşən yeraltı piyada keçidinin hasarına tullayıb.

Qəza nəticəsində Onianin avtomobilində olan 18 yaşlı sərnişin kəllə-beyin travmasıyla xəstəxanaya çatdırılıb.

Bubanın həmçinin iki dostu 19 yaşlı Qeorqi. S. və 17 yaşlı David.X. zədələnib.

Qeyd edək ki, Tariel Oniani "Taro" ləqəbiylə məşhurdur. Rusiyada və keçmiş SSRİ məkanında kriminal aləmin məşhur simalarından biri olan Taro 1952-ci ildə Gürcüstanda (Tkibuli) anadan olub. O, “Kutaisi qruplaşması”nın lideri kimi də tanınır. Milliyyətcə gürcü-svan olan Onianinin atası şaxtada baş vermiş qəza zamanı həlak olub. Onianinin həbsxanaya yolu 17 yaşından başlayıb. Ona yaxın məhkumluğu var.

2010-cu ilin iyulunda Moskva məhkəməsi Tariel Onianini insan oğurluğuna görə 10 il azadlıqdan məhrum edib. 2011-ci ilin martında Rusiya İspaniya hüquq-mühafizə orqanlarının xahişi ilə Onianini bu ölkəyə ekstradasiya edib.

“Ded Xasan”ın qətlindən sonra adı Rövşən Lənkəranski ilə birgə çəkilən Onianinin həmyerlimizlə yaxın dost olduğu bildirilir.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *