Bakıda sərxoş sürücü sükan arxasında yuxuladı və qəza törətdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Bakıda sərxoş sürücü sükan arxasında yuxuladı və qəza törətdi

Bakıda sərxoş sürücü sükan arxasında yuxuladı və qəza törətdi

Yasamal rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə ötən gecə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, İlqar İsmayılov sərxoş vəziyyətdə ona məxsus 90-SA-832 dövlət nömrə nişanlı "Volkswagen Passat" markalı avtomobilin sükanı arxasına əyləşib. O, avtomobili idarə edərkən yuxulayıb. Nəticədə nəqliyyat vasitəsi yol kənarında dayanan, Məmmədov Çingiz İbrahim oğluna məxsus 90-LS-301 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilə çırpılıb.

Hadisə zamanı İ.İsmayılov üz nahiyəsindən yüngül xəsarət alıb. O, "Report"a anlaqsız vəziyyətdə olduğunu bildirərək, qəzanın necə baş verdiyini xatırlamadığını və sükan arxasında yuxuladığını etiraf edib.

Qəza nəticəsində "Hyundai" markalı avtomobil deformasiyaya uğrayıb.

Hadisə yerinə Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları gəlib. Sürücü sərxoşluğun dərəcəsinin müəyyən edilməsi üçün müvafiq məntəqəyə aparılıb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
Bakıda sərxoş sürücü sükan arxasında yuxuladı və qəza törətdi
Bakıda sərxoş sürücü sükan arxasında yuxuladı və qəza törətdi
Bakıda sərxoş sürücü sükan arxasında yuxuladı və qəza törətdi


Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *