Bakıda yenə asfalt çökdü
Paytaxtın Həsən Əliyev küçəsinin Mərdanov qardaşları küçəsi ilə kəsişməsində yolun çökən hissəsi bərpa olunub.
Virtualaz.org bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Qurum rəsmisi bildirib ki, adıçəkilən ərazidə yolun təqribən 1 metr diametrində çökməsi ilə bağlı günorta saatlarında məlumat daxil olub: "Əməkdaşlarımız əraziyə cəlb olunub. İlkin baxış zamanı çökmənin su sızması nəticəsində baş verməsi aydınlaşıb. Aidiyyəti qurum tərəfindən su sızmasının qarşısı alınıb və yolun həmin hissəsi artıq bərpa olunub".
Mənbə:> Virtualaz.org