Həsən Əliyev küçəsinin bir hissəsi çökdü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Həsən Əliyev küçəsinin bir hissəsi çökdü

Həsən Əliyev küçəsinin bir hissəsi çökdü

Bakının Nəsimi rayonunun Həsən Əliyev küçəsindəki avtomobil yolunda çökmə baş verib. "Report" xəbər verir ki, hazırda həmin istiqamətdə yol bağlanılıb.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, hadisə yolun kənarında, 1 kvadrat metr ərazidə, 1 metr dərinlikdə baş verib: "Çökməyə səbəb, çox güman ki, su və yaxud kanalizasiya sızıntısıdır. Hazırda yolda hərəkətə maneə yoxdur. Əraziyə həm su idarəsindən nümayəndələr, həm də bizim əməkdaşlar cəlb olunub".

***

“Həsən Əliyev küçəsində yolun çökməsi su, yaxud kanalizasiya sızıntısı ilə əlaqədar deyil”.

Bunu “Report”a Bakının Nəsimi rayonunun Həsən Əliyev küçəsində yolun çökməsi ilə bağlı məsələlərə aydınlıq gətirən “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, hazırda qurum əməkdaşları hadisə yerində işləyirlər: “Hazırda Nəsimi rayon Sukanal İdarəsinin rəhbərliyi və əməkdaşları
hadisə yerindədir. Aparılmış qazıntı və ölçmə işləri nəticəsində yolun çökməsinə su, yaxud kanalizasiya sızıntısının səbəb olmadığı müəyyənləşib".
Həsən Əliyev küçəsinin bir hissəsi çökdü
Həsən Əliyev küçəsinin bir hissəsi çökdü
Həsən Əliyev küçəsinin bir hissəsi çökdü
Həsən Əliyev küçəsinin bir hissəsi çökdü
Həsən Əliyev küçəsinin bir hissəsi çökdü



Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *