Yağış Bakı-Sumqayıt yolunda tıxac yaratdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Yağış Bakı-Sumqayıt yolunda tıxac yaratdı

Yağış Bakı-Sumqayıt yolunda tıxac yaratdı


Bakı-Sumqayıt yolunda tıxac yaranıb.

AzNews.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, tıxacın yaranması havanın yağışlı keçməsi nəticəsində yollarda suyun artması ilə əlaqədardır.

Leysan yağışları nəticəsində magistral yolda avtomobillərin hərəkətində ləngimələr baş verib. Yolun Xırdalan ərazisindən keçən hissəsində avtomobillərin hərəkət zolağının bir hissəsinin qazılması yoldakı tıxacı daha da artırıb. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşları hadisə yerində qazıntı işləri aparır.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, ərazidəki kanalizasiya xətti yenilənir: "Həmin ərazidə bir kanalizasiya xətti var. Xətt güclü yağışlarda Xırdalan ərazisindən gələn suları daşıya bilmir. Ona görə də "Azərsu" ASC həmin ərazidə ikinci kanalizasiya xətti çəkir və mövcud xətt üzərində quyu və bacalar inşa edir ki, yağış və kanalizasiya suları həmin xətlə normal daşına bilsin".

A.Cəbrayıllı bildirib ki, tikinti işləri bir müddət davam edəcək.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *