Sumqayıt yolunda tıxac var

AzadXeber.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumatına görə, Biləcəri dairəsi aparılan təmir bərpa işləri ilə əlaqədar bağlı olduğundan hazırda Bakı-Sumqayıt şosesində sıxlıq müşahidə olunur. Lökbatan qəsəbəsi istiqamətində hərəkət edən sürücülərin Badamdar yolu və ya Salyan şosesindən, Sumqayıt şəhər istiqamətində hərəkət edən sürücülərin isə Binəqədi şosesindən istifadə etmələri tövsiyə olunur.
Mənbə: AzadXeber.az