Bakıda yol çökdü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Bakıda yol çökdü

Bakıda yol çökdü


“Azəryolservis” ASC Azərbaycanın bəzi kütləvi informasiya vasitələrində Bakının Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidinin çökməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev ANS PRESS-ə açıqlamasında bildirib ki, yayılan məlumatlar əsassızdır.

"Çökmə piyada keçidinin yuxarı ətrafında köməkçi avtomobil yolunda baş verib. Bizim əməkdaşlar həmin yerə təhkim olunub. Problem tam aradan qaldırılmaqla hərəkət bərpa olundu. Hələ ki, hava şəraiti həmin ərazini qazıb çökmənin səbəbini müəyyən etməyə imkan vermir. Hazırda yolun həmin hissəsi istismar müəssisəsinin nəzarətindədir. Hava normallaşan kimi həmin ərazini qazıb orada çökmənin səbəbini araşdıracağıq. Səbəb tapıldıqdan sonra bərpa işləri də aparılacaq”, - deyə Pünhan Mürsəliyev bildirib.

P.Mürsəliyev qeyd edib ki, yolun çökmüş hissəsi lazımi materiallarla doldurulsa da, həmin ərazidə bu gün də bir qədər çökmə müşahidə olunub: “Təbii ki, müvafiq istismar müəssisəsi o ərazini nəzarətə götürüb. Orada hər hansı təhlükədən söhbət gedə bilməz. Həmin yola asfalt-beton örtüyü vurulacaq”.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *