Sumqayıtda 22 yaşlı oğlan bıçaqlandı

Sumqayıtda gənc oğlan bıçaqlanıb.
"Report"un verdiyi məlumata görə, hadisə şəhərin 10-cu mikrorayon ərazisində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Hacızadə Fuad Bəxtiyar oğlu naməlum şəxs tərəfindən iki bıçaq zərbəsi alıb.
Yaralı Sumqayıt şəhər TTYX-a çatdırılıb. Əməliyyat olunan yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.
Mənbə: Report