Sumqayıtda kütləvi dava: 3 qardaşı döydülər
Sumqayıt şəhərində kütləvi dava olub.
"Report" bildirir ki, dava zamanı 23 yaşlı Nəbi Qarayevə 3 bıçaq zərbəsi vurulub.
Onun qardaşları - 29 yaşlı Miri Qarayev və 22 yaşlı İmran Qarayev naməlum şəxslər tərəfindən döyülüblər.
Hər üç qardaş Sumqayıt Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
N.Qarayevin vəziyyəti stabil-ağırdır.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.
Mənbə:> Report