Göygöldə kütləvi dava: yaralılar var
Göygöl rayonunda bir neçə nəfərin iştirakı ilə kütləvi dava baş verib. Mübahisə zamanı iki nəfər Bakı şəhər sakini 21 yaşlı Murad Əlövsət oğlu Kərimov və Göygöl sakini 26 yaşlı Sərxan Faiq oğlu Məhərrəmov bədənin müxtəlif nahiyyələrindən bıçaq zərbələri alıb.
Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə yaralılardan Sərxan Məhərrəmov ürək Murad Kərimov isə bel nahiyyəsindən xəsarət alıb.
Hər iki şəxsin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Polis hadisənin kim tərəfindən və hansı şəraitdə törədilməsini araşdırır.
Mənbə:> ANSPRESS