Goranboyda 22 yaşlı gənc minaya düşdü » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial, Hadisə, Video

Goranboyda 22 yaşlı gənc minaya düşdü – VİDEO

Goranboyda 22 yaşlı gənc minaya düşdü


Goranboy rayonun Zeyvə kənd sakini minaya düşüb.

AzNews.info-nun APA TV-yə istinadən məlumatına görə, hadisə aprelin 15-də günorta saatlarında Goranboy rayonunun Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin yaxınlığında yerləşən Zeyvə kəndində baş verib.

Kənd sakini, 1993-cü il təvəllüdlü Nurlan Müğəddin oğlu Kərimov minaya düşərək xəsarət alıb.

Yaralı dərhal Goranboy rayon Mərkəzi xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Nurlan Kərimovun sol ayağı amputasiya olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *