Bərdədə toyda oynamaq üstündə kütləvi dava düşdü
Bərdə rayonunda keçirilən toy mərasimlərindən birində kütləvi dava düşüb.
AzNews.info Report-a istinadən xəbər verir ki, hadisə rayonun Buəhmədli kəndində yerləşən “Ay-ulduz” şadlıq sarayında qeydə alınıb.
Belə ki, Məmmədovlar ailəsinin xeyir işində toya dəvətli olan iki qohum arasında oynamaq üstündə dava düşüb. Dava zamanı 24 yaşlı Xurşudov Qalib Teymur oğlu xəsarət alıb.
Zərərçəkmiş kəsilmiş-deşilmiş bədən xəsarətləri ilə rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.
Mənbə:> Report.az