Bakıda toyda kütləvi dava
Məlumata görə, toy mərasimində mübahisə yaranıb. Mübahisə zəminində bəy evindən qonaq olan Nazilə Əsədovaya qız evinin qonağı Fariz Muradov (ad-soyadlar şərtidir-red.) yumruq zərbəsi endirib.
Bu zaman məclisdə iştirak edən 700 nəfər qonaq bir-birinə qarışıb, kütləvi əlbəyaxa olub. Şadlıq evinin mühafizəçiləri toy iştirakçılarını sakitləşdirə bilmədiyini görəndə hadisə yerinə polis çağırılıb. Nizami Rayon Polis İdarəsi əməkdaşlarının restorana gəlməsindən sonra kütləvi dava sakitləşdirilib, saxlananlar var.
Mənbə:> Axar.az