Sumqayıtda 27 yaşlı qadın iş yerinin yaxınlığında döyülüb
Sumqayıt şəhərində 27 yaşlı qadın döyülərək ağır xəsarət alıb. Hadisə qadının işlədiyi yerin yaxınlığında baş verib.
Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Günəş Vahab qızı Cəfərova öz tanışı tərəfindən vəhşicəsinə döyülüb. Hadisənin nə üstündə törədildiyi hələ ki, məlum deyil.
Gənc qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt şəhər TTYX-a çatdırılıb. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Virtualaz.org