Şəmkirdə mübahisə zəminində 78 yaşlı qadın döyülüb
Şəmkirdə yaşlı qadın mübahisə zəminində döyülüb, onun vəziyyəti orta-ağırdır.
AzNews.info-nun Report-a istinadən məlumatına görə, hadisə günorta saatlarında, Şəmkir şəhərində baş verib.
Rayon sakini, 1939-cu il təvəllüdlü Məmmədova Zəhra Əli qızı məlum olmayan səbəbdən tanıdığı şəxslə mübahisə edib və həmin şəxs tərəfindən döyülüb.
Yaxınları tərəfindən Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılan yaşlı qadına dərhal tibbi yardım göstərilib.
Travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Mənbə:> Report