Şəmkirdə 24 yaşlı qızı döydülər
Şəmkirdə döyülmə faktı qeydə alınıb.
AzNews.info xəbər verir ki, APA-nın verdiyi məlumata görə, rayonun Qapanlı kənd sakini, 1992-ci il təvəllüdlü Aysel Məmmədova qarının küt travması və hər iki biləyinin xəsarəti əlamətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.
Qızın yaxınları bildiriblər ki, o qonşuluqda yaşayan bir neçə nəfər tərəfindən döyülüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Mənbə:> APA