Tovuzda həyat yoldaşından rədd cavabı alan kişi özünü yandırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Video

Tovuzda həyat yoldaşından rədd cavabı alan kişi özünü yandırdı – VİDEO (YENİLƏNİB)

Tovuzda həyat yoldaşından rədd cavabı alan kişi özünü yandırdı


Azərbaycanın Tovuz rayonunda həyat yoldaşı ilə dalaşaraq özünü yandıran şəxs dünyasını dəyişib.

AzNews.info xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, Qazax rayonunun Xanlıqlar kənd sakini, 1987-ci il təvəllüdlü Elsevər Qədimalıyev Bakıdakı Yanıq Mərkəzinə aparılarkən yolda ölüb.

Qeyd edək ki, hadisə Tovuz rayonunun Quşçu kəndində qeydə alınıb. Elsevər Qədimalıyev özünü üzərinə neft tökərək yandırıb. Yaralı dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və ona 3-cü dərəcəli yanıq diaqnozu qoyulub.

Məlumata görə, E. Qədimalıyev 4 ay əvvəl ondan inciyib atası evinə, Tovuz rayon Quşçu kəndinə gedən həyat yoldaşı ilə barışmağa gəlib və rədd cavabı alandan sonra özünü yandırıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

10:12

Azərbaycanın Qazax rayon sakini Tovuzda özünü yandırıb.

AzNews.info xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Quşçu kəndində qeydə alınıb.

Qazax rayon Xanlıqlar kənd sakini, 1987-ci il təvəllüdlü Elsevər Qədimalıyev üzərinə neft tökərək özünü yandırıb. Yaralı dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib və ona 3-cü dərəcəli yanıq diaqnozu qoyulub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, E.Qədimalıyev 4 ay əvvəl ondan inciyib atası evinə, Tovuz rayon Quşçu kəndinə gedən həyat yoldaşı ilə barışmağa gəlib və rədd cavabı alandan sonra özünü yandırıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *