Şəmkirdə dörd ay öncə törədilmiş tükürpədici cinayətin üstü açıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Şəmkirdə dörd ay öncə törədilmiş tükürpədici cinayətin üstü açıldı

Şəmkirdə dörd ay öncə törədilmiş tükürpədici cinayətin üstü açıldı


Şəmkir rayonunda bu ilin aprel ayında törədilmiş tükürpədici cinayətin üstü açılıb.

AzNews.info xəbər verir ki, Trend-in əldə etdiyi məlumta görə, Şəmkir rayon İrmaşlı kənd sakini, 1983-cü il təvəllüdlü Mirzəyev Fariz Arif oğlu 2015-ci ilin aprel ayında qeyri-rəsmi nikahda olduğu Bahar Hüseynovanın digər kişidən hamilə olub dünyaya gətirdiyi, 2012-ci il təvəllüdlü Nihad adlı oğlunu öldürüb. F.Mirzəyev daha sonra uşağın cəsədini qəbristanlıqda basdırıb.

Şəmkir Rayon Prokurorluğunda hadisə ilə bağlı aparılan araşdırmalardan sonra F.Mirzəyev avqustun 16-da şübhəli şəxs qismində saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *