Azərbaycanda 350 min manatlıq cinayətin üstü açıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Azərbaycanda 350 min manatlıq cinayətin üstü açıldı

Azərbaycanda 350 min manatlıq cinayətin üstü açıldı


Lombard işçisinin qanunsuz əməlləri barədə Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, araşdırmalar zamanı “Atrabank” ASC-nin “Bakı” filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bankdan kredit və nağd şəkildə pulların çıxarılması məqsədilə Səbail rayonunda fəaliyyət göstərən lombardın işçisi Yasəmən Abdullayevanın vasitəsilə saxta qızıl məmulatlarını 2011-ci ildən başlayaraq müxtəlif vaxtlarda banka girov qoymaqla 350 min manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *