Şəmkirdə iki qardaşı bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Şəmkirdə iki qardaşı bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Şəmkirdə iki qardaşı bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Şəmkirdə iki qardaşı bıçaqlayan şəxs saxlanılıb.

Oxu.Az bu barədə APA-nın qərb bürosuna istinadən xəbər verir.

Ötən gecə Şəmkir rayon Kür qəsəbə sakini, 1975-ci il təvəllüdlü Mahir Abbasovu bıçaqlayaraq qətlə yetirən, onun qardaşı, 1982-ci il təvəllüdlü Zaur Abbasova isə bıçaqla ağır xəsarət yetirən Kür qəsəbə sakini, 1957-ci il təvəllüdlü Sabit Əliyev saxlanılıb.

İlkin məlumata görə, o, sərxoş olub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

11:00

Şəmkirdə iki qardaş bıçaqlanıb, biri dünyasını dəyişib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Kür qəsəbə sakinləri arasında baş verən dava zamanı Mahir və Zaur Abbasov qardaşları bıçaqlanıblar.

Onlardan Mahir Abbasov xəstəxanaya çatdırılan zaman yolda dünyasını dəyişib, 1982-ci il təvəllüdlü Zaur Abbasov isə qarının kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Dərhal əməliyyat edilən Z.Abbasovun vəziyyəti orta ağır qiymətləndirilir.

İki qardaşın Kür qəsəbə sakini Sabit Əliyev tərəfindən bıçaqlandığı bildirilir.

Hadisə yerindən qaçan S.Əliyevin saxlanılması istiqamətində Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *