Sumqayıt Təhsil Şöbəsinin yaxınlığında qadın meyiti tapıldı
Bu gün Sumqayıt şəhərinin Sülh küçəsində, şəhər Təhsil Şöbəsinin binası yaxınlığında qadın meyiti tapılıb.
AzNews.info APA-ya istinadən xəbər verir ki, araşdırmalar nəticəsində meyiti tapılan qadının 35 yaşlı Sevda Vidadi qızı Bayramova olması müəyyən edilib.
Ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Mənbə:> APA