Xəzərdə gənc oğlanın meyiti tapıldı
Bakıda dəniz sahilindən gənc oğlanın meyiti tapılıb.
AzNews.info Lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu ərazisində, Xəzərin Pirşağı qəsəbəsi sahilində 22-25 yaşlı gənc oğlanın meyiti tapılıb.
Ölən şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
Bildirilir ki, ölən şəxs atletik bədən quruluşuna malik olub və boyu 180 santimetrdir. Onun Novxanı-Sumqayıt istiqamətində bir gün əvvəl batdığı və meyitin axın vasitəsi ilə Pirşağıya gəldiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Lent.az