Rüşvət qalmaqalı ilə tanınan direktorun daha bir səs yazısı yayıldı – VİDEO
Şamaxı rayonunda rüşvət almaqda ittiham olunan, şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşovanın rəhbərlik etdiyi təhsil ocağında müəllimlərdən pul tələb etdiyini əks etdirən yeni səs yazısı yayılıb.
AzNews.az xəbər verir ki, yeni səs yazısında bu günlərdə məktəbdə keçirilən iclasların birində direktor müəllimlərdən pul tələb edir. Gülnurə Babaşova orada müəllimlərə bayramları bəhanə gətirməməyi məsləhət bilib:
“Mən bilirəm burda nəzərə alnmalı olanlar kimlərdi, onlar nəzərə alınacaq. Ancaq nəzərə alınmayanlar da var. Nə olsun, sizin kimi camaat da bayram eləmək istəyir. Bu dəfə də əyər ləngiməmiz-filanımız olsa… o müəllimlər ki var, aylığı gecikdirir, ya da ki, yarımcıq verir, onlar sonrakı aylarda məktəbin digər işlərində mənə yaxın gəlməsinlər, mənim də hər şeyə görə müəyyən işlərim var. Sonra bir-birimizdən küsməyək”.
Məsələ ilə bağlı məktəb müəllimləri ilə əlaqə saxladıq. Müəllimlər qeyd etdilər ki, Gülnurə Babaşova hər ay müəllim kollektivindən aylıq alır:
Mənbə:> AzNews.az