Cəlilabadda rüşvət vermək istəməyən müəllim pedaqoji şurasının iclasında məktəb direktoru tərəfindən təhqir olunub » AzNews.info -Xəbər portalı

Cəlilabadda rüşvət vermək istəməyən müəllim pedaqoji şurasının iclasında məktəb direktoru tərəfindən təhqir olunub – VİDEO

Cəlilabadda rüşvət vermək istəməyən müəllim pedaqoji şurasının iclasında məktəb direktoru tərəfindən təhqir olunub


Bu barədə redaksiyamıza (azeuronews.com-red.)məlumat verən Cəlilabaddakı mənbəmizin sözlərinə görə, hadisə rayonun Alar kənd 2 saylı orta məktəbin pedaqoji şurasının iclası zamanı baş verib.

Onun sözlərinə görə, məktəbdə çalışan müəllimlərin iştirakı ilə keçirilən pedaqoji şuranın iclası zamanı direktor Lətif Seyfullayevlə sözügedən məktəbin müəllimi Azad Dadaşov arasında mübahisə yaranıb.

Mübahisəyə səbəb isə, A. Dadaşovun hər müəllimdən tələb olunan 50 manat pulu vermək istəməməsi olub.

Mübahisə zamanı direktor daha da irəli gedərək A.Dadaşovun kolleqalarını da təhqi edərək onun üzərinə qaldırıb. O iclasdakı müəllimlərə yüksək səslə "Kişiliyiniz çatmır? Yığışın bir ərizə yazın ki, bu adam işə yaramır, torbasını tikək çıxsın getsin. Kimdən artıqdır? Sabirabaddakı törətdiyi hadisələri burda da etmək istəyir” deyərək təhqir edib.

Mövzu ilə bağlı məktəb direktoru ilə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı.
Pedaqoji şura iclasında baş verən qalmaqalın səs yazısını təqdim edirik. Ümid edirik, Təhsil Nazirliyi yaxın günlərdə məktəb direktoru haqqında lazımı ölçü götürəcək.


Mənbə: azeuronews.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *