Jurnalisti təhqir edən direktor cəzalandırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Təhsil, Kriminal, Media

Jurnalisti təhqir edən direktor cəzalandırıldı

Jurnalisti təhqir edən direktor cəzalandırıldı


Müxbiri təhqir edən Bakının 187 nömrəli tam orta məktəbin direktoru Məmmədova Nailə Adil qızına şiddətli töhmət verilib.

AzNews.info Axar.az-a istinadən məlumat verir ki, bu barədə Bakı Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov deyib.

B.Məmmədov bildirib ki, N.Məmmədova "Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozub:

“Bakı şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş funksiyanı keyfiyyətsiz yerinə yetirdiyinə görə direktora Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”.

Qeyd edək ki, sözügedən orta məktəbinin müəllimlərindən biri Təhsil naziri Mikayıl Cabbarova məktub yazaraq, məktəb direktorundan şikayət edib və onun özbaşınalıqlarına qarşı tədbir görülməsini xahiş etmişdi.

Sözügedən şikayətlə bağlı qarşı tərəfin mövqeyini öyrəndikdə Axar.az-ın əməkdaşını məktəb direktoru təhqir etmiş, səviyyəsiz sözlər demişdi.

Maraqlıdır ki, redaksiyaya ünvanlanan şikayət məktubunda da direktorun iş zamanı tərbiyəsiz sözlərdən, kobud ifadələrdən istifadə etdiyi və işçilərini vaxtaşırı aşağıladığı bildirilmişdi.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *