Müəllimlərdən rüşvət istəyən direktorlardan biri işdən çıxarıldı – YENİLƏNİB– AUDİO
Müəllimlərdən rüşvət istədiyinə dair səs yazısı yayılan Cəlilabad rayonu Alar kənd 2 saylı orta məktəbinin direktoru Lətif Seyfullayev vəzifəsindən azad olunub.
Mia.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya məlumatı rayon Təhsil Şöbəsinin kadr məsələləri üzrə mütəxəssisi Ələkbər Niftiyev verib. O bildirib ki, səs yazısı və araşdırma işləri aparıldıqdan sonra direktor işdən çıxarılıb. Dünəndən etibarən L. Seyfullayev artıq direktor vəzifəsini icra etmir.
Xatırladaq ki, direktor məktəbin müəllimi Azad Dadaşovu 50 manat rüşvət vermədiyi üçün təhqir etmiş, pedaqoji şurasının iclasında müəllimləri A. Dadaşova qarşı ərizə yazmağa çağırmışdı.
Biri getdi, ikincisi isə....
Digər hadisə Şamaxı rayonunda baş verib.
AzNews.az xəbər verir ki, rayonun şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşovanın, rəhbərlik etdiyi təhsil ocağında müəllimlərdən siyahı üzrə pul tələb etdiyini əks etdirən səs yazısı daxil olub.
Səs yazısında direktor müəllimlərdən ötən aydan ödənilməyən işıq pullarının və hər ay yığılan “aylıq” pulların verilməsini tələb edir: “Sonra deməyin ki, maaşı aldım, vacib oldu xərclədim. Bəri başdan işiq pulunu və aylığı verin”.
Mənbə:> AzNews.info