Şamaxı Rəsədxanasının direktoru işdən çıxarıldı
AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında akademiyanın strukturunda bəzi kadr dəyişiklikləri müzakirə olunub.
AzNews.info Report-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən AMEA-nın müxbir üzvü Əyyub Quliyev akademiyanın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru vəzifəsindən azad edilib.
Qərara əsasən, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Rəsədxananın direktor vəzifəsini icra edən təyin olunub.
Eyni zamanda, akademik Adil Qəribov AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsindən azad edilib.
Fizika üzrə elmlər doktoru Oqtay Səmədov institutun direktoru vəzifəsini icra edən təyin olunub.
Mənbə:> Report.az