“28 May”dakı partlayışın səbəbi açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

“28 May”dakı partlayışın səbəbi açıqlandı

“28 May”dakı partlayışın səbəbi açıqlandı


İlkin ehtimala görə, "28 May" metrostansiyası yaxınlığında, Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxananın zirzəmisindəki partlayışa qaz sızması səbəb olub.

AzNews.info xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev deyib.

"Ərazidə dünən qazıntı işləri aparılıb. Ehtimal edilir ki, qazıntı işləri zamanı MTK-ya gedən qaz kəmərinə toxunublar. Nəticədə qaz sızması baş verib və partlayış olub".

O bildirib ki, hadisə nəticəsində ölən olmayıb, yalnız bir nəfər xəsarət alıb.

R. Əliyev əlavə edib ki, hadisə səhər saatlarında baş verib.

Ərazidə qaz təchizatı müvəqqəti dayandırılıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *