Bakıda bankın baş ofisinin anbarında partlayış » AzNews.info -Xəbər portalı

Bakıda bankın baş ofisinin anbarında partlayış – FOTO (YENİLƏNİB)

Bakıda bankın baş ofisinin anbarında partlayış


Bank nümayəndəsi açıqlama verdi.

Bu gün səhər saatlarında “Xalq Bank”ın baş ofisində partlayış baş verməsi barədə bəzi mətbuat orqanlarında yayılan məlumatlar həqiqəti əks etdirmir.

AzNews.info xəbər verir ki, bunu APA-ya açıqlamasında “Xalq Bank”ın Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşən Eynullayev bildirib.

E. Eynullayev deyib ki, baş ofisə yaxın ərazidə baş verən partlayışın bankla əlaqəsi yoxdur. O, hazırda hadisə yerində Fövqəladə hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları çalışdıqlarını, yaxın ərazidə park olunmuş avtomobillərə ciddi ziyan dəydiyini də bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Yasamal rayonu İnşaatçılar prospekti 100 ünvanında “Xalq Bank”ın baş ofisinin yaxınlığında partlayış olub. Hadisəyə ilkin ehtimal kimi qaz sızması göstərilir. Hadisə ilə bağlı hələki rəsmi məlumat yayılmayıb.

11:08

Bu gün səhər saat 9.00-da “Xalq bank”ın anbarında güclü partlayış baş verib.

AzNews.info-nun xəbərinə görə, məlumatı ann.az saytı yayıb.

Məlumata əsasən, hazırda ərazi təmamilə mühasirəyə alınıb. Yaxınlıqda yerləşən maşınlara ciddi xəsarət dəyib.

Qeyd edək ki, “Xalq bank”ın baş ofisi İnşaatçılar prospektində yerləşir.

Partlayışın səbəbi bilnimir.

Bakıda bankın baş ofisinin anbarında partlayış
Bakıda bankın baş ofisinin anbarında partlayış
Bakıda bankın baş ofisinin anbarında partlayış

Mənbə: Ann.az / APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *